Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:33

«Xəzər», söylə, sən kiminsən?


Yeni telekanal oktyabrın 1-dən efirə çıxacaq
Yeni telekanal oktyabrın 1-dən efirə çıxacaq
Gələn aydan etibarən Azərbaycan teleməkanında yeni kanal işə başlayacaq. «Xəzər» televiziyası Türkiyənin «Samanyolu» kanalının tezliyi üzrə keçirilən müsabiqənin qalibi olub. Telekanal oktyabrın 1-dən efirə çıxacaq.

Bəs yeni telekanalın əsl sahibi kimdir?




«Gün səhər» qəzeti yazır: «Bu quruma «Azadinform»un keçmiş rəhbərinin baş direktor təyin olunması çoxlarında elə təsəvvür yaradır ki, bu, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevdir. Amma söhbətləşdiyimiz sahə ekspertləri ad çəkməsələr də, telekanalın adına diqqət etməyi və bu adda media qurumlarının kimə məxsus olduğunu öyrənməyi təklif etdilər».


«Gün səhər» xatırladır ki, Azərbaycanda eyni adda qəzet də nəşr olunur – «Xəzər» və «Kaspi» qəzetləri:


«Bu qurumların hansısa dövlət məmurlarına deyil, məhz hakim ailəyə məxsus olduğu isə kimsəyə sirr deyil. Əsas məsələ: bu, İlham Əliyevin dövründə açılmış ilk və yeganə telekanaldır. Sahibinin kimliyi açıqlanmasa da, hər halda prezidentin xüsusi mehribanlıq göstərdiyi bir şəxsdir...».


«Gün səhər» yeni kanalın açılmasını seçkiyə hesablanmış bir addım sayır: «Bununla həm hakimiyyətin nəzarətində olan televiziyaların sayı artacaq, həm də beynəlxalq təşkilatların tez-tez teleməkanda yenilik olmaması barədə iradlarının qarşısında yeni fakt qoymağa kömək edəcək».



Media kuluarlarında dolaşan bir başqa xəbərə görə isə, «Xəzər» TV-nin təsisçisi Asəf Hacıyev Prezident Aparatı ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovla yaxınlığı ilə seçilir.


Ancaq A. Hacıyev «Yeni Müsavat» qəzetinə deyib ki, Əli Həsənov onu şəxsən tanımır:


«Bəlkə də məni görsə, kim olduğumu bilməz» deyən A. Hacıyev bildirir ki, Prezident Aparatı yetkilisi ilə tanışlığı əsasən «Azadinform»da işlədiyi vaxt yaranıb:


«Mən onu bir jurnalist kimi tanımışam. Ona qalsa, bütün qəzetlərdəki jurnalistlərin Əli Həsənovla normal münasibətləri var. Lap elə Sizin də…».



Ramazan, Məhərrəmlik kimi müqəddəs aylarda toy etmək Azərbaycanın adət-ənənələrində yaxşı hal hesab olunmur. Amma «Mərkəz» qəzetinin müşahidələri nəticəsində məlum olub ki, çoxları xeyir işlərinin Ramazana düşməsində qəbahət görmürlər.


Müqəddəs ayda toy mərasiminin hansı şəraitdə keçdiyini yaxından görmək üçün «Mərkəz»in əməkdaşları bir neçə restorana baş çəkiblər:



«İlk mənzilimiz «Xudafərin» şadlıq sarayı oldu. Şadlıq sarayının dörd zalının hamısında toy mərasimləri keçirilirdi. Restoranın ən böyük zalında toy edən bəyin atası Tahir müəllim xeyir işin bu günə düşməsinin sırf təsadüf olduğunu bildirdi. Onun dediyinə görə, yeri iki ay bundan əvvəl danışıb.


«Mən hardan biləydim ki, toyumuz Ramazanın ilk gününə düşəcək. Bunu yalnız dəvətnamələri paylayandan sonra bildim. Bundan sonra da toyu təxirə salmaq alınmadı. Bəlkə də belə olmağı yaxşıdır. Müqəddəs aydır. Oğlumun bu ayda ailə həyatı qurduğuna görə xoşbəxt olacağına əminəm».


Tahir müəllim məclisdə spirtli içki olduğuna görə qətiyyən narahatlıq hissi keçirmədiyini də nəzərə çatdırıb:


«Kiməsə güclə içirtmirəm ki? Hamının ağlı var. Kim istəyir içsin, kim istəmir içməsin. Burda mənim nə günahım var? Əgər içki verməsəydim, deyəcəkdilər ki, xəsislik edir. Camaatımızı özün bilirsən də. Hər şeyə bir don geyindirirlər. Mən özüm də hər il oruc tuturam. Bu gün toya düşdüyünə görə tutmamışam. Süfrəyə içki qoyulması o demək deyil ki, gərək hökmən içəsən»...


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG