Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:57

«Hökumət dini qrupların fəaliyyətini nəzarətdə saxlayır»


Dini ədəbiyyatın ölkəyə gətirilməsinə bəzi məhdudiyyətlər davam edir
Dini ədəbiyyatın ölkəyə gətirilməsinə bəzi məhdudiyyətlər davam edir
«Azərbaycanda dini qrupların çoxu sərbəst toplaşa bilir, amma hökumət onların fəaliyyətini nəzarətdə saxlayır. Bəzən «qeyri-ənənəvi» dinlərin nümayəndələri təzyiqlə üzləşir, həbs edilirlər».

ABŞ Dövlət Departamentinin dini azadlıqlar haqda illik hesabatının Azərbaycana aid hissəsində belə deyilir.


Hesabatda qeyd edilir ki, dini qrupların qeydiyyatında süründürməçilik, yaxud qeydiyyatdan imtina halları hələ də qalır. Xüsusən də Dini İşlər üzrə Dövlət Komitəsi baptist, protestant, «Yehova Şahidləri» kimi qrupların qeydiyyatını ya uzadır, ya da bundan imtina edir. Bakıdakı «Cümə» məscidi bağlı olaraq qalır, icmanın rəhbərinə isə hələ də xaricə getməyə icazə verilmir.


Əvvəlki illərdəki kimi dini ədəbiyyatın ölkəyə gətirilməsinə bəzi məhdudiyyətlər davam edir. İnsanların dini baxışlarına görə ayrı-seçkiliyə məruz qalması haqda məlumatlar var.


Azərbaycanda başqa dini qəbul edən müsəlmanlar haqda mənfi təsəvvürlər qalmaqdadır. Məsələn, Yevangelist xristian və başqa missioner qruplara qoşulan müsəlmanlara qarşı düşmənçilik var.


Bəzi xristian qrupları məhkəmələrin onlara qarşı qərəzli olmasından şikayətlənirlər. Bəzi müsəlman qrupları isə Dini İşlər üzrə Dövlət Komitəsinin və Qafqaz Müsəlmanları İdarəsinin onların işinə müdaxiləsindən gileylənirlər.


Belə gileylər də var ki, bəzi məmurlar «vəhhabi» sözündən sui-istifadə edib, dindar müsəlmanların fəaliyyətinə kölgə salmağa çalışırlar.


Dini İşlər üzrə Dövlət Komitəsinin sədr müavini Elçin Əsgərov isə «Azadlıq» radiosuna deyib ki, hesabata ancaq sənədlə tanış olandan sonra münasibət bildirə bilərlər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG