Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 21:41

Putin Zubkovun seçkilərdə mümkün iştirakını bəyənir


Putin Zubkovun Baş nazir təyin olunması haqqında sərəncam imzalayıb
Putin Zubkovun Baş nazir təyin olunması haqqında sərəncam imzalayıb
Rusiya prezidenti Vladimir Putin yeni Baş nazir Viktor Zubkovun qarşıdakı prezident seçkisində mümkün iştirakını bəyəndiyini deyib.

Prezident Zubkovu tərifləyib, deyib ki, hazırda prezident postuna azı beş ehtimal namizədin adı hallanır.


«Daha bir real namizəd ortaya çıxsa, Rusiya xalqının seçim imkanı olacaq», – deyə Putin bildirib.


Vladimir Putin sentyabrın 14-də Zubkovun Baş nazir təyin olunması haqqında sərəncam imzalayıb. Buna qədər Zubkovun namizədliyini Dövlət Duması təsdiq edib.


XS
SM
MD
LG