Moskvanın Tver Məhkəməsi «Nezavisimaya qazeta»nın baş redaktor müavini Boris Zemtsovun həbsinə sanksiya verib.
O, sentyabrın 13-də şantaj ittihamı ilə saxlanıb. Qəzetdən deyiblər ki, Zemtsov guya ifşaedici məlumatı açıqlamamaq üçün Kənd Təsərrüfatı naziri Aleksey Qordeyevdən pul qoparmaqda təqsirləndirilir.
«Nezavisimaya qazeta»nın rəhbərliyi ittihamı təxribat və müstəqil mətbuata təzyiq cəhdi sayır.