Keçid linkləri

2025, 01 May, Cümə axşamı, Bakı vaxtı 00:28

Müəllimlərə yaş senzi təyin edilə bilər


Nazir bildirir ki, dövlət ali məktəblərində təhsil alan gənclərə məcburi təyinat veriləcək
Nazir bildirir ki, dövlət ali məktəblərində təhsil alan gənclərə məcburi təyinat veriləcək


Hökumət ali təhsil siyasətinə ciddi dəyişiklik etməyi planlaşdırır. Bundan sonra dövlət ali məktəblərinə qəbul planı əmək bazarına uyğun hazırlanacaq. Təhsil naziri Misir Mərdanov sentyabrın 14-də jurnalistlərlə görüşündə belə deyib.


Nazir bildirib ki, dövlət ali məktəblərinin ödənişsiz fakultələrində təhsil alan gənclərə məcburi təyinat veriləcək: «Təyinatdan imtina edib özünə daha münasib iş tapmaq istəyənlər isə dövlətin dörd ildə çəkdiyi xərcləri geri qaytarmalı olacaqlar».


Mərdanov həmçinin yaxın günlərdə «Təhsil haqqında» qanunun ilk oxunuşda parlamentin müzakirəsinə çıxarılacağını bildirib. Onun sözlərinə görə, artıq bütün mübahisəli məqamlar razılaşdırılıb. Sənəddə müəllimlər üçün yaş senzi də nəzərdə tutulur. Əgər parlament müzakirələri zamanı düzəliş edilməsə, qanunun qəbulundan sonra Azərbaycanda 65 yaşdan yuxarı şəxslər müəllimlik edə bilməyəcəklər.


XS
SM
MD
LG