Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 13:11

Prezidentlərin görüşü Düşənbədə keçirilə bilər


Prezidentlər sonuncu dəfə Sankt-Peterburqda görüşüblər

Oktyabrın 5-6-da Düşənbədə keçiriləcək Müstəqil Dövlətlər Birliyi ölkələrinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçirilməsi istisna edilmir. «Turan»ın məlumatına görə, bu barədə sentyabrın 14-də Yerevanda keçirilən brifinqdə Ermənistan prezidentinin mətbuat katibi Viktor Soqomonyan bildirib.
Onun sözlərinə görə, çox şey ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona gözlənilən səfərindən asılıdır. «İstənilən halda, Ermənistan üçün prezidentlərin görüşü məqsəd deyil», - deyə Viktor Soqomonyan vurğulayıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG