Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 03:59

«Qırmızı körpü»də Gürcüstan-Azərbaycan sərhədi bağlanıb


Gürcüstan sərhədçiləri «Qırmızı körpü» məntəqəsində Azərbaycanla sərhədi müvəqqəti olaraq bağlayıblar. Sentyabrın 14-də Gürcüstan Sərhəd Polisindən verilən məlumata görə, sərhədin müvəqqəti olaraq bağlanması bu məntəqədə həyata keçirilən profilaktik tədbirlərlə əlaqədardır.


Sərhəd sentyabrın 14-15-də saat 00:00-dan 08:00-a qədər bağlı olacaq. Bu müddət ərzində sərhəddən vətəndaşların və avtomaşınların hərəkəti qadağan olunur.


Gürcüstan Sərhəd Polisinin məlumatına görə, bu tədbir Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti və Azərbaycanın sərhəd orqanları ilə razılaşdırılıb.(Trend)


XS
SM
MD
LG