Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 04:32

«Məruzəçilər Azərbaycandakı vəziyyəti diqqət mərkəzində saxlayacaq»


Herkel deyib ki, AŞ PA bütün proseslərin monitorinqini gücləndirəcək
Herkel deyib ki, AŞ PA bütün proseslərin monitorinqini gücləndirəcək

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin sentyabrın 12-də Parisdə keçirilən iclası zamanı Moldovadakı vəziyyət diqqət mərkəzində olub. Azərbaycan üzrə məruzəçilər Herkel və Lloydun demokratiyanın vəziyyəti, söz azadlığı və jurnalistlərin hüquqlarının pozulması faktları, qarşıda duran prezident seçkiləri haqqında informasiyaları dinlənilib.


Bu barədə «Turan»a telefonla müsahibəsində AŞ PA Monitorinq Komitəsinin məruzəçilərindən biri, estoniyalı deputat Andres Herkel məlumat verib. Onun sözlərinə görə, jurnalistlərin böhtan ittihamı ilə həbsi faktlarına xüsusi yer ayrılıb:


«Biz hakimiyyətin bu sahədə vəziyyətin yaxşı olması və ciddi yaxşılaşması və s. haqda məlumatlarını bir neçə dəfə eşitmişik. Lakin həqiqətdə belə bir şey yoxdur və bu vəziyyət narahatlıq doğurmaya bilməz. Bundan əlavə, vəziyyətin pisləşməsi əlamətləri var, xüsusən, böhtan haqqında məhkəmə iddialarından istifadə etməklə, jurnalist həbslərinin sayı artıb».


Bu məsələlərin oktyabrda Strasburqda keçiriləcək AŞ PA-nın payız sessiyasında müzakirəsi gözlənilirmi? Bu suala cavabında məruzəçi deyib ki, Azərbaycandakı vəziyyətin xüsusi müzakirəsi planlaşdırılmır. Lakin Herkel göstərilən məsələləri debatlar zamanı qaldırmaq niyyətindədir:


«Əgər situasiya indi olduğu kimi qalarsa, onda məruzəçilər Azərbaycandakı vəziyyət haqqında yeni qətnamələrin layihələrini hazırlayacaq və növbəti sessiyalara çıxaracaqlar».


Herkel deyib ki, AŞ PA bütün proseslərin monitorinqini gücləndirəcək. Hər şeydən əvvəl, söhbət seçki qanunvericiliyindən və seçki komissiyalarının formalaşmasından gedir:


«Çox az vaxt qalıb və əgər Azərbaycan hakimiyyəti öz öhdəliklərini yerinə yetirməyi düşünürsə, onda hərəkət etməyə başlamalı idi. Lakin vəziyyət əksini sübut edir və ehtiyatlanmağa əsas verir».


«Məlumdur ki, seçki ərəfəsində KİV-ə və siyasi rəqiblərə təzyiqlər artır. Buna görə, AŞ PA seçkiqabağı vəziyyətə, bütün namizədlər üçün bərabər imkanlara riayət olunmasına, onların KİV və hər şeydən əvvəl, telekanallara çıxışına nəzarə edəcək. AŞ PA həmçinin diffamasiya haqqında qanunun qəbul edilməsində və qanunvericilikdə digər dəyişikliklərdə israr edəcək», -deyə məruzəçi bildirib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG