Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:45

Dövlət ittihamçısı Əli İnsanovun cəzasının dəyişdirilmədən saxlanılmasını istəyib


Sentyabrın 13-də Apellyasiya Məhkəməsində keçmiş Səhiyyə naziri Əli İnsanov və digər 10 nəfərin apellyasiya şikayətinin baxışı davam edib.


Dövlət ittihamçısı Məhərrəm Musayev çıxışı zamanı Əli İnsanov, Anar Namazov və Eldar Rzayevin cəzasının dəyişdirilmədən saxlanılmasını istəyib. Prokuror deyib ki, ibtidai istintaqda və məhkəmə baxışında dövlət ittihamı sübut olunub. Ev dustaqlığı nəzərə alınmaqla digər 4 nəfərə – Akif Məhərrəmova 7 il 6 ay, Aleksandr Umnyaşkin 1 il 10 ay, Fəxrəddin Abbasov və Pərviz Kazımova isə hərəyə 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır».


Sentyabrın 20-də Əli İnsanov və digər şəxslərin apellyasiya şikayəti üzrə qətnamənin elan olunacağı gözlənir.


Keçmiş Səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. O, bir sıra vəzifə və iqtisadi cinayətlərdə təqsirləndirilir.


XS
SM
MD
LG