Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 01:40

«Bu, olduqca incə və mürəkkəb məsələdir…»


İstratov qəbiristanlıqla bağlı səfirliyə çoxlu sayda müraciətlər olduğunu deyir
İstratov qəbiristanlıqla bağlı səfirliyə çoxlu sayda müraciətlər olduğunu deyir

«Bu, olduqca incə və mürəkkəb məsələdir. İstənilən tələsik addım on illərlə öz təsirini göstərə bilər». Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov Bakının Nərimanov rayonundakı qəbiristanlığın köçürülməsinə münasibət bildirərkən belə deyib. Qəbiristanlığın köçürülməsi Bakıdakı rus icmasının narazılığına səbəb olub.


Sentyabr 13-də keçirdiyi mətbuat konfransında İstratov deyib ki, bununla bağlı səfirliyə çoxlu sayda müraciətlər olur.


Qəbələ RLS-ə ekspertlərin gözlənilən səfərinə toxunan diplomat onun sentyabrın 18-də olacağını deyib. Ekspert qrupuna hər üç ölkə - Rusiya, Azərbaycan və Amerikadan 10 nəfər mütəxəssis daxildir. «Rusiya nümayəndə heyətində silahlı qüvvələr Baş Ştabının və Xarici İşlər Nazirliyinin rəsmi şəxsləri təmsil olunurlar».


İstratov bəzi KİV-lərdə Rusiyanın RLS-dən imtina etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Səfir deyib ki, onda belə bir məlumat yoxdur və Azərbaycanla imzalanmış müqaviləyə görə 2012-ci ilə kimi Rusiya stansiyadan istifadə edə bilər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG