Keçid linkləri

2025, 21 İyun, şənbə, Bakı vaxtı 16:14

«Balıq mafiyası ilişənləri güdaza verir»


«Qazaxıstanda həbs edilən balıqçı gəmisinin arxasında kimlər durur?»
«Qazaxıstanda həbs edilən balıqçı gəmisinin arxasında kimlər durur?»

«Azadlıq» qəzeti yazır: «Qazaxıstanda həbs edilən balıqçı gəmisinin arxasında kimlər durur? MTN nə üçün susur? Azərbaycan gəmiləri elə hey, bir ucdan Qazaxıstanda brakonyerliyə görə həbsə alınır. Bütöv gəmilər başqa dövlətin lehinə müsadirə edilir, gəmi heyəti isə həbsə atılır. Bunlar artıq epizodlar deyil, kütləvi tendensiyadır və şübhəsiz ki, bunun arxasında hansısa bir mafioz qruplaşma dayanır».


«Lap bu günlərdə isə daha bir Azərbaycan gəmisi Qazaxıstan sularında həbs edilib. Balıq oğurluğunda təqsirli bilinən «Lapa» gəmisinin 8 nəfərlik heyətindən birinin ailə üzvləri redaksiyamıza şikayət ərizəsi ilə müraciət edib. 5 aydır ki, qohumlarının yolunu gözlədiklərini deyən şikayətçilərin sözlərinə görə, nə həmin gəmiyə sponsorluq edənlər, nə də dövlət orqanları bu məsələ ilə maraqlanır».


«525» yazır ki, iki yeni binada tikinti işləri dayandırılıb. Dövlət Əmək Müfəttişliyi «Yüksəl-inşaat» MMC-nin Süleyman Sani Axundov küçəsi, 3132 və «StarM» MMC-nin Mir Cəlal küçəsi, 121/79 ünvanlarında tikməkdə olduğu binalarda işləri dayandırıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elnur Kələntərov məlumat verib. Onun sözlərinə görə, Əmək Müfəttişliyi avqustun 28-də Bakının Yasamal rayonu ərazisində baş verən bina uçqunundan sonra 92 tikinti şirkətində yoxlamalar aparır. «Yoxlamalar işəgötürənlə işçi arasında müqavilələrin təftişindən başlanır. Bəzən müqavilələrdə göstərilən əməkhaqqının məbləği minimum əməkhaqqı səviyyəsində - 50 manat həcmində olur. Halbuki statistikaya görə, tikinti sektorunda orta aylıq əməkhaqqı 352 manatdır. Deməli, gəlirlər gizlədilir, Sosial Müdafiə Fonduna keçirilən vəsaitin sayı azaldılır, işçinin gələcəkdə az pensiya almasının təməli qoyulur. Bəzən sənədlərə baxanda elə çıxır ki, bir neçə min kvadratmetr sahəlik ərazidə guya 15-17 nəfər fəhlə çalışıb. Bu da reallığı əks etdirmir».


«Üç nöqtə» yazır ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası seçkilərlə bağlı yeni təkliflər paketi hazırlayıb. Təkliflərdə bildirilir ki, proporsional sistemin yenidən tətbiq olunması ilə bağlı konstitusiyaya bəzi dəyişikliklərin edilməsi gərəkdir. Bu barədə partiya sədri Qüdrət Həsənquliyev bildirib: «Təklif edirik ki, növbəti parlament seçkilərinə 50 faiz proporsional, 50 faiz də majoritar sistemlə seçkilər keçirilsin. Ancaq 2015-ci il parlament seçkiləri tamamilə proporsional sistemlə keçirilsin. Bu təklif partiyaların cəmiyyətdə rolunu artırmaqla yanaşı, həm də imkan verəcək ki, istənilən formada parlamentdə iştirakını təmin etsin».


XS
SM
MD
LG