Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:24

Ermənistan futbol yığmasının baş məşqçisi vəfat edib


Sentyabrın 11-i səhər Ermənistan futbol yığmasının baş məşqçisi Yan Porterfild 61 yaşında vəfat edib.

Son bir il ərzində Ermənistan komandasını çalışdırmış şotlandiyalı mütəxəssis düz bağırsağın xərçəngi ilə mübarizə aparırdı.


Ötən ilin payızında o, əməliyyat olunub, son zamanlar isə öz vəzifələrini icra edə-edə ximioterapiya kursu keçib.


Porterfildin rəhbərliyində Ermənistan yığması iki tarixi nəticə əldə edib. İyunda ermənilər öz meydanlarında Polşa yığmasını 1:0 hesabıyla udub, avqustun 22-də isə Portuqaliya ilə ev oyununu heç-heçə başa çatdırıblar.


XS
SM
MD
LG