ABŞ Xarici Yayımlar Şurası Azərbaycanın Milli Televiziya və Radio Şurasının «Azadlıq» və «Amerikanın səsi» radiolarının Azərbaycan xidmətlərinə lisenziya verməsini alqışlayır.
ABŞ Xarici Yayımlar Şurasının rəhbəri Ceyms Qlassman bildirib: «Biz «Azadlıq» və «Amerikanın səsi» radiolarına yayım dalğası verilməsindən məmnunuq və bu cür səmərəli əməkdaşlığın davam edəcəyinə ümid edirik».
ABŞ Xarici Yayımlar Şurası müstəqil federal agentlikdir və Birləşmiş Ştatlar hökumətinin maliyyələşdirdiyi qeyri-hərbi beynəlxalq yayımlara nəzarət edir.
Milli Televiziya və Radio Şurası sentyabrın 7-də «Azadlıq» və «Amerikanın səsi» radiolarının Azərbaycan xidmətlərinə bir illik lisenziya verib.