Keçid linkləri

Təcili xəbərlər
2021, 12 Aprel, Bazar ertəsi, Bakı vaxtı 05:33

Klaus Topmöller: «Bakıya qələbə üçün gəlmişik»


Sentyabrın 12-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan yığması ilə qarşılaşacaq Gücüstan futbol yığması çərşənbə axşamı çarter reysi ilə Bakıya gəlib.


Hava limanında jurnalistlər üçün açıqlama verən rəqibin alman baş məşhqcisi Klaus Topmöller Azərbaycan futbolu haqda müəyyən məlumatlara malik olduğunu deyib. O, meydana hansı heyəti buraxacağından asılı olmayaraq komandasının qələbə üçün oynayacağını bildirib:


«İstənilən halda Bakıya qələbə üçün gəlmişik. Azərbaycan yığmasının bizə qarşı hansı heyətlə oynayacağı haqda məlumatım yoxdur. Hər halda, biz meydana yaxşı oyun göstərmək və nəticə qazanmaq üçün çıxacağıq».


XS
SM
MD
LG