Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:59

«Yeni tikilən binalarda mənzil satışı dayandırılıb»


Çoxmərtəbəli binanın çökməsi daşınmaz əmlak bazarına təsirsiz ötüşməyib
Çoxmərtəbəli binanın çökməsi daşınmaz əmlak bazarına təsirsiz ötüşməyib

«Yeni Müsavat» qəzeti yazır ki, Yasamal rayonunda çoxmərtəbəli binanın çökməsi daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyib. Binanın çökməsindən təxminən 12 gün keçsə də, əmlak bazarında hələ də qeyri-müəyyənlik hökm sürür. Nərimanov rayonunda ev alqı-satqısı ilə məşğul olan Məhərrəm Qasımovun sözlərinə görə, hadisə ən çox yeni tikilən binalardakı mənzillərin qiymətinə təsir göstərib.


«Məlum olaydan sonra yeni binalarda mənzil almaq istəyən müştərilərin sayı minimum həddə enib. Bu gün heç kəs ürək edib yeni tikilən binalardan ev almaq istəmir. Bu qeyri-müəyyənliyin nə vaxtadək davam edəcəyi isə məlum deyil. Son bir həftə ərzində yeni tikilən binalardan mənzil almaqla bağlı bizə müraciət olunmayıb. Hətta əksinə, bu binalardakı mənzillərini satmaq istəyənlərin sayı görünməmiş miqyas alıb. Təkcə iki gün ərzində 100-ə yaxın sakin yeni binalardakı mənzilini satmaq üçün məntəqəyə müraciət edib. Maraqlısı odur ki, bu şəxslər öz mənzillərinin 1 kvadratmetrini alıcılara cəmi 500-600 dollara təklif edirlər».


«525» bu sayında yazır ki, Bakıda restoran və şadlıq evləri nəzarətə götürüləcək. Nazirlər Kabinetinin yaxın vaxtlarda «Milli sertifikatlaşdırma sistemi haqqında» qərara əlavə və dəyişikliklər edəcəyi gözlənilir.


Qəzet yazır ki, son zamanlar Azərbaycanda restoran biznesi sürətlə inkişaf edib. Yerli sahibkarlar daha karlı çıxmaq üçün iqtisadiyyatın digər sektorları ilə müqayisədə bu sahəyə daha çox sərmayə yatırmağa üstünlük verir. Elə bu səbəbdəndir ki, təkcə Bakıda restoran və şadlıq evlərinin sayı 200-ü keçib. Amma təəssüf ki, kəmiyyət artımı keyfiyyət göstəricilərini hələ də kölgədə qoyub. Ötən il Azərbaycanın turizm sektorundan qazancı ümumilikdə 53.3 milyon dollara çatsa da, mütəxəssislər hesab edirlər ki, istirahət ocaqlarının, iaşə obyektlərin və müştərilərə göstərilən xidmətin səviyyəsi günün tələblərinə cavab versəydi, bu rəqəm daha böyük olardı. Cari ilin son aylarından etibarən şadlıq sarayları və restoranlar müxtəlif qurumlar tərəfindən nəzarətdə saxlanılır. Artıq restoran və şadlıq saraylarındakı xidmətin aşağı səviyyədə olması dövlət qurumlarını qabaqlayıcı tədbirlər görməyə sövq edib. Nazirlər Kabineti yaxın vaxtlarda «Milli sertifikatlaşdırma sistemi haqqında» qərarına əlavə və dəyişikliklər edəndən sonra bu sektorda ümumi vəziyyətin yaxşılığa doğru dəyişəcəyi proqnozlaşdırılır.


Asiya Dialoqu İctimai Birliyinin dəvəti ilə bir həftə Bakıda olan İraq Türkmən Cəbhəsi təmsilçilərinin Bakıya səfəri başa çatıb. «Ekspress» yazır ki, İraq türkmənləri Bakıdan razı qaldılar.


Görüşlərin nəticəsi olaraq Bakıda türkmənlərin təmsilçiliyinin açılması, İraq türkmənlərinin Bakıda təhsilinə və müalicəsinə şərait yaradılması və digər məsələlərlə bağlı ilkin razılıq əldə olunub.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG