Keçid linkləri

2025, 18 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:23

Dördə yaxın tikinti şirkətinin fəaliyyəti dayandırıla bilər


Dövlət Əmək Müfəttişliyi tikinti sektorunda araşdırmalara başlayıb
Dövlət Əmək Müfəttişliyi tikinti sektorunda araşdırmalara başlayıb
Gələn həftə dördə yaxın tikinti şirkətinin fəaliyyəti dayandırıla bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov deyir ki, aparılan araşdırmalar bir sıra tikinti şirkətlərində nöqsanlar aşkara çıxarıb:

«Qanunvericilik bizə ciddi sanksiyalar tətbiq etməyə imkan verir. Hətta əgər nöqsanlar aradan qaldırılmasa, biz hüquq-mühafizə orqanlarına müraciət edib məsələyə hüquqi qiymət verilməsini də tələb edə bilərik».

Füzuli Ələkbərov deyir ki, yaxın vaxtlarda müvafiq qanunvericilikdə dəyişiklik nəzərdə tutulur. Bu dəyişiklik əsasən, qeyri-leqal çalışan əmək miqrantları və işçilərlə əmək müqaviləsi bağlamayan şirkət rəhbərlərinə sərt maliyyə cərimələrinin tətbiqini nəzərdə tutur.


Vergilər naziri Fazil Məmmədov isə tikinti şirkətlərinin düzgün bazar qiymətlərinə uyğun vergiyə cəlb olunmasıyla bağlı yeni qaydaların hazırlandığını və sənədin bu günlərdə hökumətə təqdim olunacağını bildirib.


Bu il avqustun 28-də Bakının mərkəzində tikilən 16 mərtəbəli bina çökəndən sonra Dövlət Əmək Müfəttişliyi tikinti sektorunda araşdırmalara başlayıb.


XS
SM
MD
LG