Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:44

Sentyabrın 10-u dünyada intihara qarşı mübarizə günüdür


Rəsmi məlumatlara görə hər il dünyada 1 milyon insan intihar edir.


İntihar edənlər arasında iş adamları da üstünlük təşkil edir. Psixoloqların fikrincə, biznesmenlər müflis olduqdan sonra yaxınlarının gözü qarşısında alçalmamaq üçün bu yola üstünlük verirlər. İntiharlara daha çox inkişaf etmiş ölkələrdə rast gəlinir.


Ekspertlər Azərbaycanda da son dövrlər özünəqəsd hallarının artdığı qənaətindədirlər.


Respublika Baş Prokurorluğundan «Azadlıq» radiosuna intihar hallarının statistikasının aparılmadığını bildiriblər. Prokurorluqdan verilən məlumata görə insanlar ailə münaqişəsi, maddi və mənəvi problemlər ucbatından intihar edirlər. Bütün özünəqəsd halları barədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi qaldırılır və onun səbəbləri araşdırılır.


XS
SM
MD
LG