Keçid linkləri

2026, 03 Mart, çərşənbə axşamı, Bakı vaxtı 18:18

Keçmiş Baş nazir yenidən ölkədən çıxarıldı

Polislə Nəvaz Şərifin tərəfdarları arasında toqquşmalar olub
Polislə Nəvaz Şərifin tərəfdarları arasında toqquşmalar olub

Sentyabrın 10-da sürgündən vətəninə qayıtmış Pakistanın keçmiş Baş naziri Nəvaz Şərifi saxlayaraq, Səudiyyə Ərəbistanına geri yollayıblar.


1999-cu ildə hazırkı prezident Pərviz Müşərrəfin başçılıq etdiyi hərbi çevriliş nəticəsində Şərif hakimiyyətdən kənarlaşdırılıb, təyyarəni qaçırmağa cəhd və korrupsiya ittihamı ilə ömürlük həbsə məhkum olunmuşdu. Sonradan onu Pakistana 10 il gəlməmək şərti ilə xaricə buraxıblar.


Nəvaz Şərif dəfələrlə deyib ki, bu ilin sonunda keçiriləcək seçkilərdə Müşərrəfin hərbi rejiminə qarşı mübarizə aparmaq niyyətindədir.


XS
SM
MD
LG