Rusiyanın Sankt-Peterburq şəhərində üç mindən çox insan şəhərin memarlıq simasının qorunması tələbi ilə yürüşə çıxıb.
Nümayişçilər şəhər rəhbərliyinin tikinti siyasətinə, o cümlədən «Oxta-tsent» göydələninin inşasına etirazlarını bildiriblər. Aksiya iştirakçıları «Bu, bizim şəhərdir», «Peterburq satılmır!» və «Matviyenko, get!» şüarları səsləndiriblər.
Aktyorlar Oleq Basilaşvili, Sergey Yurski, rejissor Aleksandr Sokurov, tanınmış yazıçılar və memarlar yürüşün keçirilməsini dəstəkləyiblər.