Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:54

«Fövqəladə Hallar Nazirliyinin texnikası niyə çatışmır?»


«Pulların bahalı «Jeep»lərə xərclənməsi çoxlu suallar yaradır»
«Pulların bahalı «Jeep»lərə xərclənməsi çoxlu suallar yaradır»
«Yeni müsavat» qəzetindəki «Fövqəladə Hallar Nazirliyinin texnikası niyə çatışmır?» başlıqlı məqalədə deyilir:


«Nazirliyin uçqunların nəticələrini aradan qaldırmaq üçün ekskavatorlara və başqa zəruri texnikaya malik olmaması, əvəzində pulların bahalı «Jeep»lərə xərclənməsi çoxlu suallar yaradır. Xəbər verildiyi kimi, Bakıdakı binaların davamlılığını yoxlamaq üçün Rusiya və Belarusun Fövqəladə Hallar Nazirliklərinin briqadaları paytaxtımıza gəlib. Məlum olub ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin binaların dayanıqlığını yoxlamaq üçün xüsusi qurğuları da yoxdur. Rusiya FHN bu məqsədlə Bakıya «Struna-2» mobil laboratoriyası gətirib. Bu laboratoriya Belarusda «Qazel» avtomobilinin bazasında yığılır və qiyməti son model «Jeep»dən çox da baha deyil».




«Ərçivandan dövlət başçısı İlham Əliyevə göndərilən təşəkkür teleqramı saxtadır. Bu teleqram Astara rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Kərim Nəzərovun rəhbərliyi ilə kənd icra nümayəndəsi və bələdiyyə sədri tərəfindən təşkil olunub».


Bu barədə «Azadlıq» qəzetinə Ərçivanın ziyalısı Vaqif Əhmədoğlu bildirib. Onun dediyinə görə, Murtuza Muxtarov küçəsindəki 16 mərtəbəli binanın uçmasında Kərim Nəzərovun da qardaşı oğlu dünyasını dəyişib:


«Bu adam ölüsündən də qazanmağa çalışır. Kənd ziyalılarının və camaatın bu məsələdən xəbəri yoxdur. Onlar bu barədə mətbuatdan xəbər tutublar. Və hazırda bütün Ərçivan şokdadır. Kəndin ziyalıları və ağsaqqalları bu məsələdən hiddətləniblər. Camaatın başı öz ölülərinin dəfninə qarışıb. Nə təşəkkür bazlıqdır? Bir də ki, ölümə nə təşəkkür, ölümə rəhmət düşür?!»




«Yeni məktəb binaları inşa edilir, onlar müasir avadanlıqlarla təchiz olunub. Bəs nə etmək lazımdır ki, təhsilin səviyyəsi yüksəlsin? Bu sualın bir cavabı var. Ölkəmizdə keyfiyyətli müəllim kadrları çatışmır. Müəllimlərin sayı çoxdur, lakin keyfiyyətli təhsil verə biləcək insanların sayı azdır».


Bunu «Ayna» qəzetinə müsahibəsində Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev söyləyib. Onun fikrincə, hər şeyi həll edə biləcək insan kapitalının inkişafına xüsusi diqqət yetirilməlidir:


«Müəllimlərimizin böyük əksəriyyəti pedaqoji mətbuatı, yeni metodik kitabları oxumur, mütaliə etmir. Düzdür, onların bir qismi həmin qəzet və kitabları tapa bilmir. Lakin əksəriyyət düşünür ki, oxumadan da keçinmək olur. Bu tərzdə fikirləşənlərin düşüncəsini dəyişmək lazımdır. Müəllim oxumadığı gündən, öyrətmədiyi gündən peşəsini öldürməyə başlayır. Müəllim hər gün oxumalı, öyrənməlidir».


XS
SM
MD
LG