Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 04:15

Bin Ladenin videomüraciəti həqiqidir


Bin Laden ABŞ-ın İraqdakı siyasətini SSRİ-nin Əfqanıstandakı siyasəti ilə müqayisə edib
Bin Laden ABŞ-ın İraqdakı siyasətini SSRİ-nin Əfqanıstandakı siyasəti ilə müqayisə edib
Amerika ekspertləri belə düşünür ki, «əl-Cəzirə» telekanalının sentyabrın 7-də yaydığı Üsamə bin Ladenin videomüraciəti həqiqətən də ona məxsusdur.

Amerika xüsusi xidmətlərinin nümayəndələri deyiblər ki, yazıdakı səs «əl-Qaidə» liderinin səsidir.


11 sentyabr terror aktlarının 6-cı ildönümü ərəfəsində yayılan müraciətində bin Laden deyib ki, əgər amerikalılar İraqdakı müharibəni dayandırmaq istəyirlərsə, onda İslamı qəbul etsinlər.


Videoyazıda Bin Laden bildirib ki, özünün hərbi və iqtisadi qüdrətinə baxmayaraq, ABŞ əvvəlki kimi zəifdir və öz siyasətində SSRİ-nin səhvlərini təkrarlayır. O, ABŞ-ın İraqdakı siyasətini Sovet ittifaqının Əfqanıstandakı siyasəti ilə müqayisə edib:


«Buş Brejnevin səhvlərini təkrarlayır... ABŞ-ın indiki mövqeyi necə də onların [sovetlərin] 20 il əvvəl tutduqları mövqeyə oxşayır».


Sonuncu dəfə bin Ladenin videomüraciəti 2004-cü ilin noyabrında yayılmışdı. Bundan sonra heç bir müraciət etməməsi onun Pakistanda yatalaq xəstəliyindən öldüyü haqda şayiələrə səbəb olmuşdu.


ABŞ prezidenti Corc Buş isə bildirib ki, bin Ladenin son videomüraciəti bütün dünyanın hələ də terror təhlükəsi ilə üz-üzə qalmasına daha bir sübutdur.


XS
SM
MD
LG