Bu barədə «Azadlıq» radiosuna Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Hava Limanının Təhlükəsizlik Xidmətinin rəisi Emil Süleymanov bir həftə əvvəl həbs olunub. O, insan alveri ilə məşğul olan şəxslərə şərait yaratmaqda günahlandırılır.
Bu xəbər dünən yayılsa da, nə AZAL Dövlət Konserni, nə Daxili İşlər Nazirliyi, nə də Baş Prokurorluq xəbəri təsdiqləməmişdi.