Sentyabrın 6-sı axşam saatlarında Bərdədə kütləvi zəhərlənmə baş verib.
APA-nın Qarabağ bürosunun məlumatına görə, Bərdə şəhərində keçirilən toy məclisində zəhərlənmiş 20-25 şəxs Rayon Mərkəzi Xəstəxanasının toksikologiya və reanimasiya şöbələrinə yerləşdirilib.
İlkin ehtimala görə, onlar toyda verilmiş qidadan zəhərləniblər. Həkimlər hadisə barədə ətraflı məlumat verməkdən imtina edirlər. Zəhərlənən şəxslərdən bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.