Keçid linkləri

2025, 16 İyun, Bazar ertəsi, Bakı vaxtı 03:46

Hava limanının Təhlükəsizlik Xidmətinin rəisinin həbs xəbəri təsdiqlənmir


Rəsmilər «Azadlıq» radiosuna müsahibələrində xəbəri təsdiqləməyiblər
Rəsmilər «Azadlıq» radiosuna müsahibələrində xəbəri təsdiqləməyiblər

Heydər Əliyev adına Beynəlxalq Hava Limanının Təhlükəsizlik Xidmətinin rəisi Emil Süleymanov həbs olunub. Hüquq-mühafizə orqanlarındakı mənbənin APA -ya verdiyi məlumata görə, E. Süleymanov insan alveri ilə məşğul olan şəxslərə şərait yaratmaqda günahlandırılır.


APA onunla birlikdə daha bir neçə nəfərin həbs olunduğunu bildirir.


Ancaq nə «Azərbaycan Hava Yolları» Dövlət Konsernin Mətbuat Xidmətinin rəhbəri Məhərrəm Səfərli, nə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Sadiq Gözəlov, nə də Baş Prokurorluğun Mətbuat Xidmətinin əməkdaşı «Azadlıq» radiosuna müsahibələrində xəbəri təsdiqləməyiblər.


XS
SM
MD
LG