Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:43

Bakıda MDB Daxili İşlər nazirlərinin toplantısı başlayıb


MDB Daxili İşlər nazirləri şurasına sədrlik Qazaxıstandan Azərbaycana keçib
MDB Daxili İşlər nazirləri şurasına sədrlik Qazaxıstandan Azərbaycana keçib
Terrorizm və cinayətkarlığa qarşı birgə mübarizə Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində təhlükəli cinayətkarlığın azalmasına effektli təsir edir. Bu bəyanatla MDB Daxili İşlər nazirlərinin Bakıda keçirilən toplantısında Azərbaycanın daxili işlər naziri Ramil Usubov çıxış edib.

Sentyabrın 6-da Bakıda MDB Daxili İşlər nazirlərinin toplantısı başlayıb. Quruma sədrlik Qazaxıstandan Azərbaycana keçib. Toplantıda Ermənistan daxili işlər naziri də iştirak edir.


Usubov bildirib ki, Azərbaycanın quruma həmsədrliyi dövründə MDB ölkələri Daxili İşlər nazirliklərinin birgə fəaliyyəti daha effektli olacaq və üzv dövlətlərin maraqları təmin ediləcək.


MDB-nin icraçı katibi Vladimir Ruşaylo da MDB ölkələri ərazisində terrorizmlə mübarizə məsələsi aktual olaraq qaldığını deyib.


Tədbir sentyabrın 7-də yekunlaşacaq.


Ermənistan daxili işlər nazirinin Bakıya gəlməsinə etiraz edənlər saxlanılıb. «Trend» xəbər verir ki, aksiya keçirməyə cəhd edən Qarabağ Azadlıq Təşkilatının (QAT) fəallarını ofislərindən avtobusa mindirərək, polis idarəsinə aparılıblar.


Təxminən 10-a yaxın mülki geyimli polis əməkdaşı 11:25 radələrində QAT-ın ofisinə daxil olublar. Ofisdə olan təşkilat üzvlərini, həmçinin bir nəfər qadın-QAT fəalı Gültəkin Quliyevanı avtobusa mindiriblər.


Mülki geyimli polis jurnalistlərin mikrofon və mobil telefonlarını əllərindən alaraq, onları da zorla avtobusa minməyə məcbur ediblər. Bir neçə dəqiqədən sonra jurnalistləri sərbəst buraxılsa da, QAT fəallarını polis idarəsinə aparıblar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG