Keçid linkləri

2025, 18 May, bazar, Bakı vaxtı 04:41

Luçano Pavarotti 72 yaşında vəfat edib


Pavarotti 1935-ci oktyabrın 12-də Modenada anadan olub
Pavarotti 1935-ci oktyabrın 12-də Modenada anadan olub

Sentyabrın 6-da məşhur İtaliyan tenoru Luçano Pavarotti 72 yaşında vəfat edib. Pavarotti mədəaltı vəzinin xərçəngindən əziyyət çəkirdi.


Onu avqustun 25-dən xəstəxanadan evə buraxmışdılar. Müğənni Modena şəhərində ailəsinin yanında qalırdı.


Pavarotti 1935-ci oktyabrın 12-də Modenada anadan olub. O, ciddi musiqi təhsilinə 1954-cü ildə məşhur müğənni Arriqo Polanın yanında başlayıb. 1960-80-ci illər tenorun opera karyerasının çiçəkləndiyi dövrdür. O, çoxsaylı beynəlxalq müsabiqələrin qalibi və mükafatçısı idi.


XS
SM
MD
LG