Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:36

Bakı dəniz limanı Ələtə köçürülür


Limanın başqa yerə köçürülməsindən sonra Dənizkənarı Milli park genişləndiriləcək
Limanın başqa yerə köçürülməsindən sonra Dənizkənarı Milli park genişləndiriləcək

Bakı şəhərinin mərkəzindəki dəniz limanı paytaxtdan Qaradağ rayonunun Ələt qəsəbəsinə köçürüləcək. Bu layihəni Cənubi Koreyanın «GS E&S» şirkəti təqdim edib.


Məsələ ilə bağlı sentyabrın 5-də prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.


Prezident bildirib ki, yeni liman Azərbaycanın nəqliyyat imkanlarını genişləndirəcək. «Bundan əlavə, bu limanın başqa yerə köçürülməsinin məqsədlərindən biri də Dənizkənarı Milli parkın genişləndirilməsidir. Biz buna qısa müddət ərzində nail olmalıyıq».


«GS E&S» şirkətinin vitse-prezidenti bildirib ki, onlar dünyanın bir çox ölkələrində bu tipli layihələrin icrasında yaxından iştirak edirlər. Hazırda dünyanın 28 ölkəsində şirkətin nümayəndəlikləri fəaliyyət göstərir və 6 min peşəkar mühəndis heyəti çalışır. Şirkətin layihələri beynəlxalq standartlara uyğundur. Ələt qəsəbəsində inşa olunacaq yeni dəniz limanı həm kommersiya, həm istehsalat, həm də daşıma əməliyyatlarının həyata keçirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Şirkət rəsmisi deyib ki, layihə ekoloji cəhətdən də yüksək tələblərə cavab verir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG