Sentyabrın 4-ü axşam saatlarında Bakıda 60 nəfər zəhərlənərək müxtəlif xəstəxanalara müraciət edib. Onlardan 28 nəfəri 4-13 yaş arası uşaqlardır.
ANS xəbər verir ki, Sabunçu Rayonu 5 saylı Birləşmiş yoluxucu xəstəxanasına yerləşdirilən uşaqların vəziyyətləri ağır olub. Dərhal onlara xəstəxananın reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdiriliblər. Hazırda vəziyyətləri normaldır. Bundan əlavə rəsmi qeydiyyata alınan 22 nəfər isə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, onlara 30-a yaxın insan müraciət edib. Bu xəstəxanada olanların hamısı evə buraxılıb. Zəhərlənənlərin dediyinə görə, onlar Binə qəsəbəsində kiçik toy məclisində olublar.
Həkimlər zəhərlənmənin səbəblərini müəyyənləşdirirlər. İlkin ehtimallara görə, zəhərlənmə qidadan baş verib. Onlardan analizlər götürülərək bakterioloji laboratoriyaya göndərilib. 3 saylı şəhər kliniki xəstəxanasının infeksion şöbəsinin müdiri Namiq Nəbiyevin sözlərinə görə, müraciət edənlərin vəziyyətləri çox ağırdır. Vəziyyəti ağır olanları reanimasiya şöbəsinə yerləşdirilib, qalanlarına ambulator və terapevt yardımı olunub.