Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:38

Azərbaycan iqtisadi azadlığına görə Cənubi Qafqazda sonuncudur


İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov hesabat açıqlayır
İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov hesabat açıqlayır

Son iki il ərzində Azərbaycan İqtisadi Azadlıq İndeksinə görə 141 ölkə arasında 6,2 balla 91-ci yerdədir. Bu da 2006-cı illə müqayisədə 0,2 bal yüksək göstəricidir. Bu məlumat sentyabrın 4-də Kanadanın Fraser İnstitutunun 2007-ci il üzrə hesabatında açıqlanıb. İqtisadi Azadlıq İndeksi 5 komponent - dövlətin iqtisadiyyatdakı rolu, hüquq sistemi və mülkiyyət hüququ, maliyyə sistemi, xarici ticarət azadlığı və nəhayət biznesin tənzimlənməsi sistemi üzrə hesablanıb.


Bu siyahıda Ermənistan 7, 3 balla 32-ci, Gürcüstan isə 7,1 balla 44-cü yerdədir. Ötən il bu ölkələrin hər ikisi 53-cü, Azərbaycan isə 83-cü yerdə olub. Siyahıda ilk yerləri Hon-Konq, Sinqapur, Yeni Zelandiya, İsveçrə, Amerika Birləşmiş Ştataları, Kanada, və Böyük Britaniya bölüşür.


Azərbaycandan Fraser İnstitutu ilə əməkdaşlıq edən İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Sabit Bağırov deyir ki, Azərbaycanın ötən il 83-cü i yerdən 91-ci yerdə göstərilməsi, həm də iqtisadi azadlığın 0, 2 bal yüksək olması 11 yeni ölkənin həmin siyahıya salınmasıyla bağlıdır.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG