Keçid linkləri

2025, 18 İyun, çərşənbə, Bakı vaxtı 20:02

Azərbaycan-İran sərhədində İran vətəndaşı öldürülüb


Sərhədi pozan İran vətəndaşlarının şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb
Sərhədi pozan İran vətəndaşlarının şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb

Sərhədi qanunsuz keçən İran vətəndaşları Azərbaycan sərhədçilərinin «tabe ol» əmrinə riayət etmədikləri üçün onlara xəbərdarlıq olunub. İranlılar sərhədçilərin xəbərdarlığına da əhəmiyyət verməyiblər. Sərhədçilərin açdığı atəş nəticəsində İran vətəndaşlarından biri həlak olub, digəri isə qaça bilib.


Məlumatı Respublika Hərbi Prokurorluğu təsdiqləyib.


Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov «Trend»ə bildirib ki, İran vətəndaşlarının şəxsiyyətini hələlik müəyyənləşdirmək mümkün olmayıb. Faktla bağlı Lənkəran hərbi prokurorluğunda Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə maddəsi ilə cinayət işi açılıb.


XS
SM
MD
LG