Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:39

Krasnodar vilayətində «quş qripi» baş qaldırıb


Rusiyanın «Rosselxoznadzor» Baytarlıq Nəzarəti Xidməti Krasnodar vilayətində (Şimali Qafqaz) «quş qripi»nin baş qaldırdığını rəsmən təsdiq edib. Quşların ölümünə səbəb H5N1 virusu olub.


Son günlər Bryuxovetsk rayonundakı quşçuluq fabrikində 800-dək toyuq ölüb, ya da məhv edilib.


Epidemiyanın qarşısını almaq üçün bütün quşlar məhv ediləcək.


Quşçuluq fabrikində karantin qoyulub.


XS
SM
MD
LG