Keçid linkləri

2024, 21 Sentyabr, şənbə, Bakı vaxtı 02:16

Gəncədə hərbi hissələrin birində güclü yanğın baş verib


Sentyabrın 3-də gecə saatlarında Gəncədə yerləşən hərbi hissələrin birində güclü yanğın baş verib. Hərbi şəhərcikdəki bir həyət evinin təxminən 49 kvadrat metrlik sahəsi tamam yanıb.


Bu barədə jurnalistlərə məlumat verən Gəncə şəhər Yanğın Təhlükəsizlik İdarəsinin rəis müavini Rahib Nadirovun sözlərinə görə, mənzil taxtadan tikildiyindən sürətlə alışıb. Müdafiə Nazirliyinin nümayəndələri yanğının səbəblərini araşdırır.


XS
SM
MD
LG