Bakıdan İraqın Nəcəf və Kərkük şəhərlərinə təyyarə reysləri açılması istiqamətində «AZAL»a danışıqlar başlaya bilər. Bu barədə məlumatı İraqın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərşad Ömər İsmayıl verib. Səfir deyir ki, Azərbaycandan Nəcəfə ziyarətə gedənlərin sayı çox olduğundan təyyarə reyslərinin açılmasını istəyirlər.
Diplomat bildirib ki, bundan əvvəl Bakı-Bağdad reysinin açılması barədə danışıqlar alınmayıb.