Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:56

ABŞ prezidenti Corc Buş İraqı tərk edib


ABŞ prezidenti Corc Buşun sentyabrın 3-də İraqa gözlənilməz səfəri başa çatıb.


Anbar əyalətindəki hərbi bazada Amerika hərbçiləri qarşısında çıxışında Buş İraqda vəziyyətin sabitləşdirilməsi istiqamətində beynəlxalq səylərin müvəffəqiyyətindən danışıb.


Prezident deyib ki, belə getsə, Amerika qoşunlarının bir hissəsini tezliklə İraqdan çıxarmaq mümkün olacaq.


Corc Buş Amerika qüvvələrinin komandanı Devid Petreus və ABŞ-ın Bağdaddakı səfiri Rayan Krokerlə görüşüb. Onlar sentyabrın ortalarında Konqresə İraqdakı vəziyyət haqda məruzə təqdim edəcəklər.


XS
SM
MD
LG