Keçid linkləri

2026, 14 İyun, bazar, Bakı vaxtı 10:39

Corc Buş gözlənilmədən İraqa gəlib

ABŞ prezidenti Corc Buş gözlənilmədən İraqa gəlib.


Ağ Evin məlumatına əsasən, prezidentin təyyarəsi Bağdadın qərbindəki aviabazaya enib. Buşu ABŞ-ın Dövlət katibi Kondoliza Rays, Milli Təhlükəsizlik üzrə müşavir Stiven Hedli müşayiət edir.


ABŞ-ın Müdafiə naziri Robert Qeytsin də İraqa gələcəyi xəbər verilir.


Sentyabrın ortalarında İraqdakı Amerika qoşunlarının komandanı Devid Petreus və ABŞ-ın Bağdaddakı səfiri Rayan Kroker Konqresə İraqdakı vəziyyətə dair məruzə təqdim edəcəklər. Hərbi əməliyyatın gələcəkdə maliyyələşdirilməsi haqda qərar həmin sənəd əsasında veriləcək.


XS
SM
MD
LG