Keçid linkləri

2025, 24 İyun, çərşənbə axşamı, Bakı vaxtı 15:30

«Qəbələ RLS-ə səfərin dəqiq vaxtı bəlli deyil»


Qəbələ Radiolokasiya Stansiyası, 10 iyul 2007
Qəbələ Radiolokasiya Stansiyası, 10 iyul 2007
ABŞ, Rusiya və Azərbaycan ekspertlərindən ibarət üçtərəfli komissiyanın Qəbələ RLS-ə planlaşdırılan səfərinin dəqiq vaxtı bəlli deyil.

Bu haqda APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmisi Conatan Henik məlumat verib:


«Rusiya təklif edir ki, üçtərəfli ekspert komissiyası sentyabrın 15-də Azərbaycana səfər etsin, ABŞ isə səfər üçün başqa tarix təklif edir.


Ona görə də hələlik səfərin vaxtını dəqiqləşdirmək mümkün olmayıb».


Avqustun 31-də Bakıda olan Rusiya Baş nazirinin müavini Sergey Narışkin bildirib ki, Bakıda Qəbələ RLS-dən birgə istifadə ilə bağlı ABŞ, Rusiya və Azərbaycan arasında üçtərəfli məsləhətləşmələrin keçirilməsi planlaşdırılır.


O, deyib ki, sentyabrın 15-də hər üç ölkə ekspertlərinin birgə işə başlamasını gözləyirlər.


XS
SM
MD
LG