Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 09:26

Sentyabrın 1-də - Beslanda terror aktının üçüncü ildönümündə - Moskva və Peterburqda faciə qurbanlarının xatirəsinə mitinqlər keçirilib.


Moskvanın mərkəzi «Bolotnaya» meydanına 300-dək adam gəlib. Çıxış edənlər, o cümlədən, Beslan hadisələri haqqında alternativ məruzənin müəllifi, Dövlət Dumasının deputatı Yuri Savelyev hakimiyyətdən tələb ediblər ki, hadisələri obyektiv araşdırsın.



Peterburqda, «Nevski» prospektində ölən bütün uşaqların şəkilləri olan plakat asıblar.



Şimali Osetiyanın Beslan şəhərində isə terror qurbanları üçün üçgünlük matəm başlayıb.


İnsanlar güllər gətirir, həmin vaxt terrorçuların tutduqları məktəbin qarşısında, xatirə qəbiristanlığında şamlar yandırırlar.


2004-cü il sentyabrın 1-də bir qrup terrorçu Beslandakı məktəbi tutublar. 334 adam faciənin qurbanı olub ki, onların da 186-sı uşaqdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG