Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 11:08

Cənubi Koreya: Girovların buraxılmasına görə pul ödənməyib


Seul cənubi koreyalı girovların azad olunmasına görə pul ödənildiyi haqda məlumatları təkzib edib.

Cənubi Koreya prezidentinin nümayəndəsi deyib ki, taliblərlə heç bir «gizli razılaşma» olmayıb.


Avqustun 30-da taliblər iyul ayında tutduqları sonuncu koreyalı girovları azad ediblər. Seul taliblərin tələblərini qəbul edib – ilin sonuna qədər Cənubi Koreya qoşunları Əfqanıstandan çıxarılacaq və missioner fəaliyyətinə son qoyulacaq.


Taliblər Əfqanıstanda yeni əcnəbiləri oğurlamaqla hədələyirlər.


Bunu «Associated Press» agentliyinə taliblərin nümayəndəsi bildirib. O deyib ki, bu taktika çox uğurlu alınıb.


XS
SM
MD
LG