Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:04

Dünyanın ən nüfuzlu qadını kimdir?


«Merkel iki əhəmiyyətli tədbirdə soyuqqanlı lider təsiri bağışlayıb»
«Merkel iki əhəmiyyətli tədbirdə soyuqqanlı lider təsiri bağışlayıb»
Müsəlman dünyasında vəziyyət əməlli-başlı dəyişib! Qadına maşın sürməyə, səs verməyə, hökumətdə vəzifə tutmağa icazə verilməyən Səudiyyə Ərəbistanında İnvestisiya Bankını qadın idarə edir - Doktor Nahed Taher. İndi Nahed Tahir çox mühüm layihələr, məsələn, Məkkəyə gedən terminalın genişləndirilməsi kimi layihələr üzərində işləyir. Birləşmiş Ərəb Əmirliklərinin də İqtisadiyyat naziri qadındır - Şeyxa Lübna Əl-Qasimi. Onun adı «Forbs» jurnalının dünyanın 100 güclü qadını siyahısına düşüb. Siyahıda təkcə Yaxın Şərqdən 10 qadının adı var.

Türkiyədən yenə iki qadın və yenə «Sabancı» Holdinqin başçısı Gülər Sabancı, bir də «Doğan» Holdinqin sədr müavini İmrə Barmanbek dünyanın ən güclü qadınlarındandır.

Ümumiyyətlə, dünyanın nüfuzlu qadınlarının siyahısına baxanda, çox məşhur şirkətləri, institutları məhz qadınların idarə etdiyi məlum olur. Məsələn, «Pepsi Cola»nın prezidenti Daun Hudsondur; «Procter&Gambl»in qlobal biznes şöbələrinin prezidenti Susan Arnold, «Johnson&Johnson»un sədr müavini Kristin Poondur.


Harvard Universitetinin də prezidenti qadındır-Drü Gilpin Faust. «Nyu-York Tayms» Şirkətinin prezidenti, icraçı direktoru Canet Robinson, Dünya Səhiyyə Təşkilatının baş direktoru Margaret Çan da dünyanın nüfuzlu qadınları siyahısındadırlar.


Bəs dünyanın ən nüfuzlu qadını kimdir? Almaniya kansleri Angela Merkel! Merkel keçən il də «Forbs»un siyahısında birinciydi. Jurnal yazır ki, Merkel iki əhəmiyyətli tədbirdə soyuqqanlı lider təsiri bağışlayıb. «Böyük Səkkizliyin» sammitində liderlərin karbon qazlarının azaldılmasıyla bağlı razılığına nail olub, sonra da Avropa liderlərini Avropa konstitusiyasını dəyişməyə vadar edib.


Dünyanın 100 güclü qadını siyahısında 2-ci yerdə bu dəfə Kondoliza Rays deyil, Çinin Baş nazirinin müavini U İ gəlir. «Forbs» qeyd edir ki, İ iqtisadiyyatının gücünə görə dünyada 3-cü böyük ölkə olan Çinin idarəçilərindəndir.


Amerikanın Dövlət katibi Kondoliza Rays isə bu il 4-cü yerdədir. Ümumiyyətlə, «Forbs»un siyahısında 100 güclü qadından 50-si amerikalıdır. Tanınan kişilərdən də bir neçəsinin xanımının adı güclü qadınlar siyahısındadır. Amerikanın keçmiş prezidenti Bill Klintonun xanımı Hillari Klinton, indiki prezidentin xanımı Laura Buş, Bill Qeytsin xanımı, «Bill&Melinda Gates» Fondunun direktoru Melinda Qeyts dünyanın ən güclü qadınlarındadır. Hazırda prezidentliyə namizəd olan Hillari Klinton seçkidə qalib gəlsə, o, Birləşmiş Ştatların tarixində ilk qadın prezident olacaq. Hindistanın hazırkı prezidenti də bu ölkənin tarixində ilk dəfə olaraq qadındır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG