Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 09:54

Spirtli içkilər rusiyalı kişilərin ömrünü qısaldır


Spirtli içkilər Azərbaycanda da kişilərin ömrünü qısaldan səbəblərdən biridir
Spirtli içkilər Azərbaycanda da kişilərin ömrünü qısaldan səbəblərdən biridir

«Gallup» Dünya Sorğusu bu günlərdə yeni araşdırma aparıb. Yalnız Rusiyanı əhatə edən araşdırmanın nəticələri göstərib ki, rusiyalı kişilər qadınlarla müqayisədə öz sağlamlıqlarına daha çox fikir verirlər. Baxmayaraq ki, qadınlar kişilərdən daha uzunömürlüdürlər.


Əhali ilə bağlı məlumat bürosunun açıqlamasına görə, Rusiyada kişilər orta hesabla 59 il, qadınlar isə 72 il yaşayırlar. Amma nə qədər qəribə görünsə də, kişilər qadınlarla müqayisədə öz sağlamlıqlarından daha çox razıdırlar. Kişilərin 66%, qadınların isə yalnız 52% səhhətlərindən şikayətlənmirlər. Bundan başqa, kişilərin böyük əksəriyyəti həm də mənfi emosiyalardan, məsələn, kədər, depressiya və qəzəbdən uzaqdırlar.


Bəs görəsən, sağlamlıqlarından şikayətlənməyib daha az kədərlənən rusiyalı kişilərin az ömür sürməsinə səbəb nədir? Britaniyada nəşr olunan «Lanset» jurnalı 2006-ci ildə yazmışdı ki, hər il təxminən 500 min rusiyalının ölümünə səbəb spirtli içkilərdir. Məhz spirtli içkilər əksər rusiyalı kişilərin ömrünü qısaldır.


Azərbaycanda da Rusiyada olduğu kimi, qadınlar kişilərdən daha çox yaşayırlar. Dövlət Statistika Komitəsinin məlumatına görə, kişilər orta hesabla 69 il, qadınlar isə 75 il ömür sürür. Terapevt Rəşid Zeynalov deyir ki, spirtli içkilər Azərbaycanda da kişilərin ömrünü qısaldan səbəblərdən biridir. Amma başqa səbəblər də var: «Siqaret çəkmək, spirtli işçilərdən istifadə etmək, zərərli iş şəraiti, məsələn, qaynaq işləri, tozlu şəraitdə çalışmaq, bundan başqa qeyri-sağlam, yağlı yeməklər kişilərdə ömrün qısalmasına səbəb olur».


Rəşid Zeynalovun sözlərinə görə, kişilər həm də ağlaya, el sözü ilə desək, ürəklərini boşalda bilmir deyə, daxili stres keçirirlər, bu da onlarda müəyyən xəstəliklərin yaranmasına gətirib çıxarır. Amma bütün bunlara baxmayaraq terapevt deyir ki, Azərbaycanda da kişilər qadınlara nisbətən həkimə daha az müraciət edirlər. O ki, qaldı uzunömürlülüyə, həkim Zeynalovun sözlərinə görə, indi ölkədə əvvəlki illərə nisbətən yaşı 90-ı keçmiş ahıllara az rast gəlinir. Bu da orta yaş həddinin azaldığını göstərir.


Dövlət Statistika Komitəsinin məlumatına görə də Azərbaycanda əhalinin orta yaş həddi 31-dir. Yəni əhali gənclər kateqoriyasına aiddir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG