Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:55

Əli İnsanovun apellyasiya şikayətinə baxılıb


Avqustun 30-da Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçmiş Səhiyyə naziri Əli İnsanov və daha 10 məhkumun apellyasiya şikayətinə baxılmasına başlanıb. Şikayət Ağır Cinayətlərə Dair Məhkəmənin bu il 20 aprel tarixli qərarından verilib.


«Turan»ın məlumatına görə, İnsanovun vəkili Ağaveys Şahverdi məhkəmə tərkibinə etiraz edib. Onu sabiq nazirin digər vəkili Toğrul Babayev də dəstəkləyib. Ancaq vəsatət təmin edilməyib.


Əli İnsanov özü isə hüquqlarının daim pozulduğunu və onun şikayətinə Apellyasiya Məhkəməsində baxılmasının qəsdən uzadıldığını bildirib. Onun sözlərinə görə, bu, dövlət başçısının birbaşa göstərişi ilə edilir.


İnsanovun bu sözlərindən sonra hakim onun çıxışını kəsib və ittihamın mahiyyətindən kənara çıxmamağı tələb edib. Hakim bildirib ki, uzadılma bu zalda Daxili İşlər Nazirliyinin keçmiş əməkdaşı, çoxsaylı qətllər və adam oğurluğunda təqsirləndirilərək məhkum edilmiş Hacı Məmmədovun apellyasiya şikayətinə baxılması ilə əlaqədardır.


Fasilədən sonra sabiq nazirin vəkilləri onun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdiriilməsi haqda vəsatətlə çıxış ediblər. Bu və 10-a yaxın başqa vəsatətlər də təmin edilməyib. Proses avqustun 31-nə təxirə salınıb.


Sabiq Səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında həbs olunub.


XS
SM
MD
LG