Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:45

Bahəddin Həziyev Zakir Qaralova və Ramil Usubova müraciət edib


Avqustun 29-da «Bizim yol» qəzetinin baş redaktoru Bahəddin Həziyev Baş prokuror Zakir Qaralova və Daxili İşlər naziri Ramil Usubova müraciət edərək, onun döyülməsi ilə bağlı istintaqın sürətləndirilməsini xahiş edib.


B.Həziyevi ötən il mayın 19-da işdən evə gedərkən naməlum adamlar qaçıraraq fiziki xəsarətlər yetirib, Bakıdan kənarda yerləşən «Masazır» gölünün yaxınlığına atmışdılar. Həmin hadisədən sonra jurnalist uzun müddət müalicə olunmuşdu.


Bəhəddin Həziyev «Azadlıq» radiosuna bildirib ki, bundan əvvəl də iki dəfə eyni orqanlara müraciət edib. Ancaq ona ağır xəsarət yetirilməsindən 1 il 3 ay keçsə də, hələ ki, günahkarlar aşkar edilməyib.


XS
SM
MD
LG