Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:01

İsrail İran-Azərbaycan münasibətlərindən narahat deyil


İsrailin Bakıdakı səfiri Artur Lenq ümid edir ki, İran kütləvi qırğın silahı ilə bağlı dünya ictimaiyyətinin çağırışlarına cavab verəcək. «Mən şadam ki, beynəlxalq ictimaiyyət bu sahədə İrana qarşı çağırışları davam etdirir».


Ötən həftə İran prezidentinin Bakıya səfərinə toxunan diplomat bildirib ki, Azərbaycanda qərar qəbul verən şəxslər yaxşı başa düşürlər ki, İrandan dünyaya yönələn təhlükə nədir.


Səfir həmçinin əlavə edib ki, İsrail İran-Azərbaycan münasibətlərindən narahat deyil. «Azərbaycan başqa ölkələrlə olduğu kimi, qonşularıyla da münasibətlərini inkişaf etdirməlidir».


XS
SM
MD
LG