Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:35

Abdulla Gül Türkiyənin prezidentidir


Abdulla Gül 1950-ci ildə Kayseridə anadan olub
Abdulla Gül 1950-ci ildə Kayseridə anadan olub

Hakim Ədalət və İnkişaf Partiyasının namizədi, Xarici İşlər naziri Abdulla Gül Türkiyənin prezidentidir. O, avqustun 28-də Böyük Millət Məclisində prezident seçkisinin üçüncü turunda 339 səs toplayaraq ölkənin 11-ci prezidenti seçilib. Gül avqustun 28-də and içərək səlahiyyətinin icrasına başlayacaq.


Səsvermənin birinci və ikinci turlarında Abdulla Gül tələb olunan 367 səsi toplaya bilməmişdi. Sonuncu –üçüncü turda isə qələbə üçün sadə səs çoxluğu – 276 səs kifayət edirdi.


Abdulla Gül 1950-ci ildə Kayseridə anadan olub. İqtisadcidir. Ali təhsilini Türkiyədə aldıqdan sonra iki il İngiltərədə ixtisasartırma kursu keçib. Sakarya Universitetində dərs deyib, İslam İnkişaf Bankında (Səudiyyə Ərəbistanı) çalışıb.


1991-ci ildə Rifah Partiyasından Böyük Millət Məclisinə millət vəkili seçilib. Partiya qapadıldıqdan sonra onun yerində yaranan Fəzilət Partiyasına keçib. Fəzilət də qapandıqdan sonra Ərdoğanla birgə Ədalət və İnkişaf Partiyasını təsis edib.


2002-ci il parlament seçkisindən sonra bir müddət Baş naziri əvəz edib. Daha sonra Baş nazirin birinci müavini və Xarici İşlər naziri təyin olunub. Ailəlidir, 3 övladı var. İngilis və ərəb dillərini bilir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG