Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:51

Jurnalistin qohumları qətlin sifarişçilərinin tapılmasını istəyirlər


Anna Politkovskayanın qohumları jurnalistin qətlinin istintaqının nəticələrinə dair Rusiya Baş prokuroru Yuri Çaykanın çıxışını «siyasi» adlandırıblar.


Onlar ehtiyatlanırlar ki, məlumatların vaxtından qabaq açıqlanması istintaqın sonrakı gedişinə ziyan vura və cinayətin sifarişçilərinin tapılmasına mane ola bilər. Bunu Politkovskayalar ailəsinin vəkili Anna Stavitskaya deyib.


Avqustun 27-də Baş prokuror «Novaya qazeta»nın şərhçisinin qətli ilə bağlı 10 adamın həbs olunduğunu bildirib.


Yuri Çayka deyib ki, Politkovskayanın ölümündə yalnız Rusiyadan kənarda yaşayan şəxslər maraqlı ola bilərdi.


XS
SM
MD
LG