Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:54

Peterburqda Beslan terroru qurbanlarına abidə açılıb


Terror aktı nəticəsində həlak olan Beslan uşaqlarına Sankt-Peterburqda abidə açılıb.



Mərasimdə 200-dək adam, o cümlədən, ölənlərin qohumları, «Beslan Anaları» Təşkilatının və Peterburqun osetin diasporunun nümayəndələri iştirak ediblər.



Xaç şəklində olan abidə bürüncdən hazırlanıb, ana əlləri ilə xaçdan uşaq çıxarır. Abidə önünə güllər, əklillər və uşaq oyuncaqları qoyulub. Yaxınlıqdakı kilsədə ibadət mərasimi keçirilib.


Sentyabrın 1-də terrorçuların Beslan məktəbini tutmasından üç il ötür. 333 adam faciənin qurbanı olub ki, onların da 186-sı uşaqdır.


XS
SM
MD
LG