«Media forum» saytının məlumatına görə, görüş başa çatandan sonra iki dövlət arasında ayrı-ayrı sahələri əks etdirən beş sənəd imzalanıb: Ticarət palataları arasında müştərək biznes şurasının yaradılması haqqında saziş; Ticarət sənaye palataları arasında anlaşma memorandumu; Hökumətlərarası hava daşınmaları haqqında saziş; Gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş; İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında saziş.
İlham Əliyev və Şeyx Həməd bin Xəlifə Al Tani imzalanma mərasimində iştirak ediblər.
Avqustun 28-dən Qətər əmiri geniş tərkibli nümayəndə heyəti ilə Bakıda rəsmi səfərdədir.