Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:20

Avropa Parlamentində Azərbaycan hakimiyyəti tənqidlərə məruz qalıb


Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib
Avropa Parlamentində Azərbaycanla bağlı dinləmələr keçirilib

Avqustun 27-də Brüsseldə Avropa Parlamentinin İnsan Hüquqları Komissiyasının iclasındakı dinləmələr zamanı Azərbaycan hakimiyyəti kəskin tənqidlərə məruz qalıb. «Azadlıq» radiosu xəbər verir ki, kütləvi informasiya vasitələri və jurnalistlərin hüquqlarının pozulması sahəsindəki vəziyyətə xüsusi diqqət yetirilib.


Xüsusilə, Avropa Komissiyasının yüksək vəzifəli nümayəndəsi Rutiger Vissels çıxış edərək, bu sahədə vəziyyətin pisləşməsini yolverilməz adlandırıb. «Azərbaycandakı neqativ meyllər Avropa «Yeni Qonşuluq» Siyasətinin məqsədlərinə və ruhuna ziddir. Bu proqramın planı insan hüquqları və mətbuat azadlığı sahəsində konkret öhdəlikləri ehtiva edir», - deyə Vissels bildirib.


Azərbaycanın Avropa İttifaqındakı səfiri Emin Eyyubov bu ittihamları rədd edib və insan hüquqları sahəsindəki vəziyyətin yaxşılaşdırılmasının ölkə hökumətinin başlıca prioriteti olduğunu bildirib.


Eyyubov həmçinin jurnalistlərin peşakarlıq səviyyəsinin aşağı olduğunu, Azərbaycan institutlarının isə zəif və mükəmməl olmadığını qeyd edib.


Avropa Parlamentinin bəzi deputatları Eyyubovdan 2005-ci ildə qətlə yetirilmiş jurnalist Elmar Hüseynovun qətlinin istintaqında irəliləyişin olmamasının səbəblərini soruşublar. Buna cavab olaraq səfir hakimiyyətin bu istiqamətdə işlədiyini deyib.


Romadakı Beynəlxalq Siyasi Tədqiqatlar Mərkəzinin təhlilçisi Roza Balfur Avropa «Yeni Qonşuluq» siyasəti planının çatışmazlıqlarını qeyd edib. Hər bir tərəfdaş ölkə ilə imzalanan bu sənədin müddəaları Avropa İttifaqının tərəfdaşları tərəfindən pozulması qadağan edilən öhdəlik kimi qəbul edilmir. «Avropa «Qonuşuluq Siyasəti» insan hüquqları və demokratiya sahəsindəki prinsiplərə riayət olunması istiqamətində gücləndirilə bilər. Eyni zamanda, bu, yalnız tərəfdaş dövlətlərin Avropa İttifaqının bu istiqamətdəki təşəbbüslərində maraqlı olacaqları təqdirdə mümkündür», - deyə Balfur vurğulayıb.


Balfur deyib ki, Avropa İttifaqı yalnız müsbət şərtlər irəli sürür. Məsələn, iqtisadi əməkdaşlıqdan faydalanmağı təklif edir və hüquq məsələlərini inkar edən ölkələrlə əməkdaşlıq etmir.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG