Keçid linkləri

2025, 19 May, Bazar ertəsi, Bakı vaxtı 10:20

AŞ PA Politkovskayanın qətli ilə bağlı şübhəlilərin həbsini alqışlayıb


Avropa Şurası «Novaya qazeta»nın şərhçisi Anna Politkovskayanın qətli ilə bağlı şübhəlilərin həbsi xəbərini alqışlayıb.

Bu iş üzrə 10 adam, o cümlədən üç çeçen qardaşları həbs olunub. Onlar cinayətdə iştirakçı qismində tanınırlar. Bu haqda «Interfax»a onlardan birinin vəkili Murad Musayev bildirib.


Bundan qabaq Rusiyanın Baş prokuroru Yuri Çayka deyib ki, cinayəti Moskvada sifarişli qətllərdə ixtisaslaşan kriminal qruplaşmanın çeçen əsilli lideri təşkil edib.


«Bu qrupa Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin keçmiş və hazırkı əməkdaşları da daxil idi», - deyən prokurorun fikrincə, jurnalistin ölümündə yalnız Rusiyanın xaricində olan şəxslər maraqlı ola bilərdilər.


«Novaya qazeta»nın redaksiyası hüquq-mühafizə orqanlarının işindən razı olduqlarını bildiriblər.


XS
SM
MD
LG