Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:10

«Seçkini elliklə boykot etmək lazımdır»


Qulamhüseyn Əlibəyli: «Seçkinin nəticəsi əvvəlcədən məlumdursa, o boykot edilməlidir»
Qulamhüseyn Əlibəyli: «Seçkinin nəticəsi əvvəlcədən məlumdursa, o boykot edilməlidir»

AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəyli «Azadlıq» qəzetinə müsahibəsində belə deyib. Onun fikrincə «Seçki Məcəlləsi dəyişdirilməyəcəyi təqdirdə seçkilərin nəticəsi əvvəlcədən məlum olacaq». «Ötən seçkilərdə göstərib ki, seçki komissiyalarının hazırkı forması cəmiyyət tərəfindən etimad qazanmır. Həmin seçki komissiyaları məhz seçkilərin nəticələrini saxtalaşdırmaqla məşğul olan bir orqan kimi qalır. Əgər dəyişiklik olmayacaqsa, seçkilərin nəylə nəticələnəcəyini indidən söyləmək mümkündür… Mən hesab edirəm ki, seçkinin nəticəsi əvvəlcədən məlumdursa, seçkilər boykot edilməlidir. Amma bu boykot elliklə olmalıdır».


«Nigeriya yolu hara aparır»-«Yeni Müsavat» qəzetinin köşə yazarı Xalid Kazımlının növbəti məqaləsi belə adlanır. Müəllif yazır: «Azərbaycanın Nigeriya yolu ilə getdiyinə dair yenidən həyəcan siqnalı verilib. Sonuncu dəfə bu barədə ABŞ-ın UPİ informasiya agentliyinin əməkdaşı Con Dallinin yazdığı məqalədə söz açılıb.


Ondan başqa, Amerikanın Ley universitetinin professoru Racan Mennon da təxminən eyni fikirləri bölüşüb». «…Nigeriya da bizim kimi neft ölkəsidir və nəinki regionun, hətta Afrikanın lideridir - əhalisinin sayına görə. Bu ölkədə 140 milyondan artıq insan yaşayır. Onların tən yarısı müsəlman, 25-30 faizi xaçpərəstdir, yerdə qalanlar isə öz qədim dinlərinə sitayiş edir.


Nigeriya Britaniya müstəmləkəsindən canını 1947-ci ildə, Kamerunla konfederasiyadan isə 1960-cı ildə qurtulub. 47 ildir ki, tam müstəqil respublikadır. O vaxtdan bəri bu ölkə qeyri-sabitlik, hərbi çevrilişlər məkanıdır. İndiyədək dövlət başına gələn 12 şəxsdən 8-i hərbçi olub. Onlar bir-birini devirib, rəqiblərinin tərəfdarlarını isə qətlə yetiriblər».


«Üç nöqtə» qəzeti yazır ki, Nizami Rayon Prokurorluğu və Polis İdarəsinin istintaq şöbəsi tərəfindən təzyiqlərlə üzləşdiyini iddia edən birinci qrup Qarabağ müharibəsi əlili, jurnalist Məğrur Bədəlsoy avqustun 29-da Prezidentin İcra Aparatı binasının qarşısında ölüm aclığına başlayacağını bildirib. Bu barədə keçirdiyi mətbuat konfransında Bədəlsoy məlumat verib. 2007-ci il may ayının 28-də Bədəlsoyun oğlu Maqsud Bədərli Bakı metropoliteninin «Xalqlar dostluğu» stansiyasının qarşısında yol-nəqliyyat qəzası törədib. Bədərli idarə etdiyi maşınla yoldan keçən piyadanı vurub. Lakin piyada ciddi xəsarət almayıb və bir gün də xəstəxanada yatmayıb. Bədəlsoyun sözlərinə görə, oğlunun avtomobillə vurduğu qadın heç bir yerə şikayət etməyib. Nizami rayon Polis İdarəsinin istintaq şöbəsi baş vermiş hadisə ilə bağlı cinayət işi qaldırıb. Bədəlsoy iddia edir ki, Nizami rayon Polis İdarəsinin istintaq şöbəsi baş vermiş hadisəni obyektiv araşdırmayıb və onun oğlunu həbs etmək istəyirlər.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG